Ötən il "Made in Azerbaijan" brendi altında 6 beynəlxalq sərgidə iştirak edib

11:19 - 9.02.2026


9 fevral, Fineko/abc.az. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ötən il beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə və fərdi qaydada iştirak mexanizmləri vasitəsilə 65 sahibkara ümumilikdə 134 dəfə dəstək göstərib.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, qurumda hesab edirlər ki, bu, yerli məhsulların müxtəlif bazarlarda təqdimat imkanlarının genişləndirilməsinə maliyyə alətləri ilə birbaşa töhfədir.

Sərgilərdə vahid ölkə stendi ilə iştirak mexanizmi çərçivəsində il ərzində daxil olmuş 93 müraciət əsasında 46 şirkət "Made in Azerbaijan" brendi altında 6 beynəlxalq sərgidə iştirak edib. Həmin şirkətlər Ər-Riyadda "The Saudi Food Show 2025", Kazanda "Russia Halal Expo 2025", Almatıda "KazBuild 2025", Kölndə "Anuga 2025", Şanxayda "China International Import Expo" ("CIIE 2025"), Dubayda "Big 5 Global UAE 2025" sərgilərində təmsil olunub. Sərgilər zamanı məhsulların təqdimatı ilə yanaşı, potensial alıcılarla görüşlər keçirilib, mümkün əməkdaşlıq istiqamətləri və ixrac imkanları müzakirə edilib.