16:44 - 5.02.2026
5 fevral, Fineko/abc.az. TotalEnergies Almaniya və Böyük Britaniyadakı Airbus zavodları üçün 3,3 Tvt/saat həcmində elektrik enerjisinin tədarükünə dair iki uzunmüddətli müqavilə imzalayıb.
ABC.AZ xəbər verir ki, bu, yaxın 10 il ərzində onların enerji tələbatının təxminən yarısını qarşılayacaq. Tədarüklər 2027-ci ildən başlayacaq və qismən TotalEnergies tərəfindən inşa ediləcək 200 MVt gücündə yeni bərpa olunan enerji mənbələri hesabına təmin olunacaq. Şirkətlər daha əvvəl ekoloji təmiz aviasiya yanacağının (SAF) tədarükü sahəsində də əməkdaşlıq ediblər.