Almaniya TenneT Germany şirkətinin minoritar səhmdarı oldu

11:41 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Almaniya hökuməti dövlət bankı KfW vasitəsilə ölkənin ən böyük enerji şəbəkəsi şirkəti TenneT Germany-nin 25,1 % səhmini 3,9 milyard dollar qarşılığında alıb. Şirkət üzərində tam nəzarət əldə etmək mümkün olmayıb.

ABC.AZ xəbər verir ki, bundan əvvəl Hollandiyanın TenneT Holding şirkəti Almaniyanın bölməsinin 46 % səhmini investorlar konsorsiumuna 9,5 milyard avro qarşılığında satmışdı, 28,9 % payı isə əsas qərarlarda iştirakını qorumaq üçün saxlayıb.

Bu sövdələşmə, Almaniyaya milli enerji infrastrukturunun inkişafı ilə bağlı qərarlarda iştirak etməyə imkan verəcək.