17:27 - 3.02.2026
3 fevral, Fineko/abc.az. Ev təsərrüfatları üçün enerji saxlama sistemləri sahəsində fəaliyyət göstərən Amerika şirkəti NeoVolta Çin şirkəti PotisEdge ilə birgə müəssisə yaradır.
ABC.AZ xəbər verir ki, NeoVolta Power LLC adlı birgə müəssisə Corciya ştatında illik gücü 2 QVt·saat olan istehsal zavodunu idarə edəcək.
Restrukturizasiya ABŞ qanunvericiliyində edilən dəyişikliklərlə əlaqədardır: istehsala Çin tərəfinin nəzarəti səbəbindən PotisEdge ABŞ-da istehsal olunan məhsullar üzrə subsidiyalardan istifadə hüququnu itirib. Yeni strukturda NeoVolta səhmlərin 60%-nə, PotisEdge və onun ən böyük səhmdarı LONGi isə 20%-dən sahib olacaq. Qalan səhmlər müstəqil investorlar qrupuna məxsus olacaq.
Amerika tələblərinə uyğunlaşmaq üçün günəş enerjisi sektorunda fəaliyyət göstərən bir sıra Çin şirkətləri də oxşar addımlar atıb. Onların arasında Canadian Solar və ötən ilin iyulunda Feniksdəki zavodunu satan JA Solar da var.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026