15:32 - 3.02.2026
3 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5% azdır.
Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.
Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon ABŞ dolları və ya 42,9% çoxdur.
Hesabat ilində İrandan Azərbaycana isə 624,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 9 milyon ABŞ dolları və ya 1,4% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026