Neft ucuzlaşır, Brent — bir barel üçün $65,97 təşkil edir

09:32 - 3.02.2026


3 fevral, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda etalon markalı neftin qiymətləri aşağı düşməkdə davam edir.

Saat 09:27-yə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin aprel fyuçersi $0,33 (0,50%) ucuzlaşaraq bir barel üçün $65,97 təşkil edib. Fevralın 2-də keçirilən hərracların yekununda Brent-in aprel fyuçersi $3,02 (4,36%) ucuzlaşaraq bir barel üçün $66,30-a enmişdi.

NYMEX əmtəə birjasında WTI markalı neftin mart fyuçersinin qiyməti saat 09:27-yə qədər $0,26 (0,42%) azalaraq bir barel üçün $61,88 təşkil edib. Fevralın 2-də keçirilən hərracların nəticələrinə görə, WTI-nın mart müqaviləsi $3,07 (4,71%) ucuzlaşaraq $62,14-ə düşmüşdü.