“SOCAR Polymer” ixracdan 255,6 mln. dollar gəlir əldə edib

14:49 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC 255,6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,58 faiz çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar sayında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 237,6 milyon dollar olub.