14:25 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Ötən il ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (326,2 milyon dollar) birinci olub.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, bu siyahıda pomidor (tomat) (192,5 milyon dollar) ikinci, karbamid (170,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (36,4 milyon dollar) birinci olub.
Bu siyahıda qızıl (29,2 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (20,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026