16:05 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. 2025-ci ildə Hindistandan Azərbaycana idxal edilən iri buynuzlu heyvan (inək və camış daxildir) ətinin həcmi kəskin artıb.
ABC.AZ xəbər verir ki, Cənub Asiya ölkəsindən ötən ilin on bir ayında 1 129 ton inək əti alıb, bunun dəyəri təxminən 3,78 mln. dollar olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə həcmi 63% artıb, dəyəri isə 78% yüksəlib. Bununla da
Orta qiymət baxımından ət tonuna görə 2025-ci ildə Hindistandan idxal 3 350 min dollar/ton təşkil edib, 2024-cü ildə isə orta qiymət 3 060 min dollar/ton olub.
Hindistanda iri buynuzlu heyvan ətinin çox olmasının əsas səbəblərindən biri ölkənin dünyada ən böyük mal‑qara və camış heyvanı sayına sahib olmasıdır – bu heyvanların sayı 300 milyondan çoxdur və ölkə camış yetişdirməsində liderdir. Bu, həm daxili tələbatı ödəməyə, həm də böyük ixrac bazarları üçün məhsul təmin etməyə imkan verir.
Bu dövrdə Azərbaycanın ümumi 8 167 ton iri buynuzlu heyvan əti idxal edib ki, bunun dəyəri təxminən 33,83 mln. dollar olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 8% artıb, dəyəri isə 6,8% yüksəlib.
Ən çox idxal edilən ölkələr sırasında Ukrayna 3 899 ton və 19,41 mln. dollarla birinci yerdədir. 2024-cü ildə bu göstərici 4 112 ton və 20,04 mln. dollar olub ki, bu da həcmin 5% azaldığını göstərir. Braziliya 2025-ci ildə 2 959 ton və 9,54 mln. dollar dəyərində ət tədarük edib, 2024-cü illə müqayisədə həcmi 19% artıb, dəyəri isə 21,6% yüksəlib.
Orta qiymət baxımından idxal edilən iri buynuzlu heyvan ətinin tonu təxminən 4,14 min dollar təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026