Neft ucuzlaşır, Brent bir barelə $65,14 təşkil edir

09:29 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin mart ayı üçün fyuçersləri ICE Futures birjasında saat 09:25-ə qədər $0,46 (0,70%) azalaraq bir barel üçün $65,14-a düşüb. 26 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,29 (0,44%), bir barel üçün $65,59-a qədər ucuzlaşıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:25-ə qədər $0,38 (0,63%), bir barel üçün $60,25-a düşüb. 26 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,44 (0,72%) ucuzlaşaraq bir barel üçün $60,63-a düşüb.