Neft sabitdir, "Brent" bir barel üçün $65,92 təşkil edir

09:37 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda artımdan sonra bazar ertəsi keçirilən hərracda sabitdir.

Bakı vaxtı ilə saat 09:31-də ICE Futures birjasında "Brent" markalı neftin mart fyuçersinin qiyməti $0,04 (0,06%) artaraq bir barel üçün $65,92 təşkil edib. 23 yanvar tarixində keçirilən hərracların nəticələrinə görə, "Brent" neftinin mart fyuçersi $1,82 (2,84%) bahalaşaraq bir barel üçün $65,88 olub.

NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçersinin qiyməti saat 09:31-ə qədər $0,09 (0,15%) yüksələrək bir barel üçün $60,71 təşkil edib. 23 yanvar tarixindəki hərracların yekununda mart ayı üçün WTI neft fyuçersi $1,71 (2,88%) bahalaşaraq bir barel üçün $61,07 olub.

Ötən həftə Brent 2,73%, WTI isə 2,92% bahalaşıb.