10:31 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. Azərbaycanın 2025-ci ilin ilk 11 ayı üzrə smartfon idxalı 1 milyon 198.9 min ədəd təşkil edib və idxalın dəyəri 394.51 milyon ABŞ dolları olub.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal olunan smartfonların sayı 7.29% azalsa da, dəyər ifadəsində idxal 8.03% artıb.
2025-ci ilin ilk 11 ayında Azərbaycana idxal olunan smartfonlarda əsas pay Çin və Vyetnamın payına düşüb. Çin mənşəli smartfonlar 954.3 min ədəd olmaqla ümumi idxalın 79.60%-ni təşkil edib, dəyər ifadəsində isə 302.35 milyon ABŞ dolları ilə ümumi idxalın 76.64%-nə bərabər olub.
Vyetnamdan idxal 230.5 min ədəd səviyyəsində olub ki, bu da həcmin 19.22%-ni, dəyər baxımından isə 84.07 milyon ABŞ dolları ilə 21.31%-ni təşkil edib.
Hindistanın payı daha məhdud olub: 13 201 ədəd və ya 1.10%, dəyər ifadəsində isə 7.86 milyon ABŞ dolları ilə 1.99%.
Orta idxal qiymətinə gəldikdə, 2025-ci ilin ilk 11 ayında bir smartfonun orta idxal qiyməti təxminən 329 dollar olub. 2024-cü ilin eyni dövründə bu göstərici 282 dollar səviyyəsində idi. Beləliklə, orta idxal qiyməti illik müqayisədə 16.52% artıb.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026