ABŞ Venesuela neftinin satışına hər barelə 45 dollar qiymətlə başlayıb

12:00 - 19.01.2026


19 yanvar, Fineko/abc.az. ABŞ-ın energetika naziri Kris Rayt Karakasın neft ixracına nəzarətin Vaşinqtona keçməsindən sonra Venesuela neftinin hər barel üçün 45 dollar qiymətinə satıldığını təsdiqləyib. Daha əvvəl Maduro administrasiyası dövründə sanksiyalar və vasitəçilər səbəbindən ölkə hər bareldən təxminən 31 dollar gəlir əldə edirdi.

ABC.AZ xəbər verir ki, yeni qiymət bazar səviyyəsindən aşağıdır (Brentin qiyməti təxminən 64 dollardır), bu isə əhəmiyyətli endirim deməkdir. Bütün gəlirlər ABŞ-ın nəzarətində olan hesablar üzrə toplanır. Artıq 2 milyard dollarlıq müqavilə çərçivəsində 500 milyon dollar həcmində ilk sövdələşmələr həyata keçirilib. Bu sxem üzrə ümumilikdə 50 milyon barelə qədər Venesuela neftinin ixracı nəzərdə tutulur.

Bu addım ABŞ-ın qlobal enerji bazarındakı təsirini gücləndirir və Venesuelada Çin və Rusiyanın mövqelərini zəiflədir.