14:26 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Fizza Pay” MMC-yə (fpay.az) icrası məcburi olan göstəriş verib.
ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “Fizza Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.
Xatırladaq ki, “Fizza Pay” MMC 2019-cu ildə yaradılsa da, 2024-cü ilin avqustunda AMB-dən lisenziya əldə edib. Ödəniş təşkilatının 600100 manat nizamnamə kapitalı var.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026