15:28 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində 2 milyard 379 milyon ədəd siqaret ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çox) 1 milyard 932 milyon ədəd (+30 %), Rusiyaya 2,6 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 252 milyon ədəd (+4,6 dəfə), Omana 412 min ABŞ dolları dəyərində (+1,5 %) 55 milyon ədəd (+1,3 %), Tacikistana 337 min ABŞ dolları dəyərində 33 milyon ədəd (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 320 min ABŞ dolları dəyərində (+4 dəfə) 32 milyon ədəd (+3 dəfə) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük (214,2 min ABŞ dolları dəyərində 27,6 ton) həyata keçirilib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026