15:12 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 352,4 milyon manat məbləğində vəsait geri qaytarılıb.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026