16:10 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 3,6 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin yanvar sayına dair ilkin rəqəmlərində qeyd olunub.
İcmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub.
Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 57,4, meyvə-tərəvəz 27,4, alüminium və onlardan hazırlanan məmulatlar 24,2, pambıq iplik 19,3, kimya sənayesi məhsulları 8, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb.
Hesabat dövrü ərzində aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026