Vyetnam 2026-cı ildə dəniz məhsullarının ixracından 11,5 milyard dollar gəlir gözləyir

16:02 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. Vyetnam 2026-cı ildə dəniz məhsullarının ixracını 10 milyon ton səviyyəsində, gəliri isə 11,5 milyard dollar olaraq proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, balıq tutumu 3,75 milyon ton (2025-ci ilə nisbətən −2,1%), balıqçılıq isə 6,25 milyon tonadək, yəni 2,2% artacaq.

Ov həcminin azalması və balıqçılığın artması hökumətin risklərin bölgüsünə dair planının bir hissəsidir. 2025-ci ildə dəniz məhsullarının ixracı 11 milyard dollara çatıb, bu, 2024-cü illə müqayisədə 12,7% çoxdur.