16:25 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 105,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 55,6 milyon dollar və ya 2,1 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Azərbaycandan BƏƏ ixrac olunmuş qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 3,19 faiz təşkil edib.
Beləliklə, hesabat dövrü ərzində BƏƏ Azərbaycandan ən çox qeyri-neft məhsulları almış ölkələr arasında altıncı yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026