15:41 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Ukraynaya 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,9 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Ukraynaya ixrac olunmuş qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 5,73 faiz təşkil edir.
Beləliklə, hesabat dövrü ərzində Ukrayna Azərbaycandan ən çox qeyri-neft məhsulları idxal etmiş ölkələrin sırasında beşinci yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artıb. ©Trend