TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 mlrd. dollara çatıb

11:41 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar–sentyabr aylarında Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 milyard dollara çataraq qlobal ticarətin təxminən 3,6 faizini təşkil edib.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına istinadla xəbər verir.

Hesabata əsasən enerji ixrac edən ölkələr ticarət profisitlərini qoruyub.

Azərbaycanda ticarət profisiti təxminən 0,9 milyard dollar, Qazaxıstanda isə 7,7 milyard dollar səviyyəsində olub. Özbəkistanda sənaye, kənd təsərrüfatı və emal olunmuş məhsullar hesabına ixracın əhəmiyyətli artımı müşahidə edilib.