12:21 - 6.01.2026
6 yanvar, Fineko/abc.az. Təxminən 500 milyon dollar dəyərində Telegram istiqrazları Rusiyaya qarşı Qərb sanksiyaları çərçivəsində Rusiya milli hesablaşma depozitariyasında bloklanıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Financial Times xəbər verib.
Nəşrin yazdığına görə, son illərdə şirkət mövcud borcu ödəmək məqsədilə bir sıra istiqrazlar, o cümlədən may ayında 1,7 mlrd dollar həcmində istiqrazlar buraxıb.
Şirkət 2026-cı ildə müddəti bitəcək istiqrazların əksər hissəsini satın alıb. Lakin Qərb sanksiyaları səbəbindən Rusiyanın mərkəzi qiymətli kağızlar depozitariyasında 500 milyon dollarlıq istiqrazlar bloklanıb.
27 İyul 2026