Venesuelada baş verən hadisələr fonunda metalların qiyməti artır

16:28 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. İlin ilk bazar ertəsi günü gümüşün birja qiyməti təxminən 6% artaraq bir unsiya üçün 75,27 dollara çatıb. Qızıl 2.33% artaraq troya unsiyasına 4.430.6 dollara yüksəlib.

ABC.AZ xəbər verir ki, digər metallar da artım göstərib: mis 3,15%, platin 4,06% artıb. Analitiklər qiymət artımını Venesueladakı siyasi gərginlik fonunda qoruyucu aktivlərə tələbatın artması ilə əlaqələndirirlər.