15:32 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- 2025-ci ilin 11 ayı üçün dəqiq məlumatlar açıqlanmasa da, Azərbaycnda təxmini ən çox satılan smartfonların siyahısı hazırlanıb.
ABC.AZ-ın araşdırmalarına əsasən, sözügedən dövrdə ən çox satılan modellərin siyahısına "İPhone 16" başçılıq edir.
Hazırladığımız siyahını sizə təqdim edirik:
1. Apple iPhone 16 / 16 Pro / 16 Pro Max.
2. "Samsung Galaxy A" series (məsələn, Galaxy A16 5G). 11 ayda "Samsung"un vahid seqmentdə ən çox satılan Android telefon olub, bu, Azərbaycanda da orta səviyyəli satışlara təsir edən smartfondur.
3. "Samsung Galaxy S" seriyası. "Samsung"un premium “S” seriyası modelləri 11 ayda Azərbaycan smartfon bazarında əhəmiyyətli paya malikdir
4. Xiaomi modelləri
"Xiaomi"nın 2025-ci ilin sonlarında yeni modelləri (məsələn, Xiaomi 17 seriyası) satışda olsa da, bazar payı Apple və "Samsung"dan aşağı olub.
5. “Digər” modellər
Sözügedən dövrdə Azərbaycanın smartfon bazarında Honor, Realme, Vivo və digər markaların cihazları da müəyyən hissə tutur.
Müəllif: Elmir Muradov
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026