14:14 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, 2026-cı ildə Avropa İttifaqında ət istehsalı son 25 ilin minimumuna enərək 6,42 milyon ton təşkil edəcək.
ABC.AZ xəbər verir ki, proqnoza əsasən, Aİ 2026-cı ildə 405 min ton ət idxal etməyə məcbur olacaq ki, bu da 2025-ci illə müqayisədə bir qədər azdır.
2025-ci ildə Avropa İttifaqı ölkələri təxminən 425 min ton mal əti idxal edib ki, bu da 2024-cü illə müqayisədə 8,7% çoxdur. İdxal həcmi 2019-cu ilin pik səviyyəsinə xeyli yaxınlaşıb.
Aİ-də kökəldilmiş iri buynuzlu mal-qaranın qiyməti noyabrın sonuna doğru ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq diri çəkidə kiloqramı 8,30 ABŞ dollarına çatıb. Canlı buzovların qiyməti isə son 12 ay ərzində 50% bahalaşaraq kiloqramı 5,10 ABŞ dolları olub.
“Avrostat”ın məlumatına görə, ilin ilk 9 ayında iri buynuzlu mal-qaranın kəsimi 3,6% azalıb. Avqustun əvvəlindən indiyədək Aİ-dən kənara ixrac fiziki ifadədə 16% azalıb, idxal isə 13,5% artıb. Argentina və Braziliyadan mal əti idxalının artımı ikirəqəmli göstəricilərlə ölçülür.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026