11:39 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 8,6 milyon ABŞ dolları dəyərində 8 min 455 ton təzə üzüm ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 70 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 6,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 61 % çox) 6 min 630 ton (+51 %), Belarusa 535 min ABŞ dolları dəyərində (+22 %) 464 ton (+20 %), Ukraynaya 500,5 min ABŞ dolları dəyərində 400,6 ton (1 il əvvəl tədarük olmayıb), İraqa 451 min ABŞ dolları dəyərində (+14 dəfə) 644 ton (+15 dəfə), Türkiyəyə 124,5 min ABŞ dolları dəyərində (+80 %) 228 ton (+81 %) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Monqolustana tədarük (9,5 min ABŞ dolları dəyərində 12,8 ton) həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026