11:12 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. Londonda ticarət olunan kakao fyuçersləri oktyabr ayından bəri ən güclü artımı nümayiş etdirib.
Buna dünyanın ən iri kakao tədarükçüsü olan Kot-d’İvuardan ixracın yavaşlamasına dair əlamətlər səbəb olub.
ABC.AZ xəbər verir ki, kakao fyuçerslərinin qiyməti 7,1% artıb.
Kot-d’İvuarda fermerlər dekabrın 28-də başa çatan həftə ərzində limanlara 59 708 ton kakao çatdırıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% azdır.
Limanlara daxil olan kakao paxlasının həcmi ümumi tədarükün qiymətləndirilməsi üçün əsas göstərici sayılır. Son vaxtlar bu göstərici noyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə azalıb. Həmin dövrdə ardıcıl üç həftə ərzində həftəlik tədarük 100 min tonu keçmişdi. Bu, sentyabr ayında proqnozlaşdırılan 134 min tondan xeyli azdır.
Bankın proqnozuna görə, kakao qiyməti üç ay sonra 5 500 dollar, 12 ay sonra isə 5 700 dollar səviyyəsində olacaq.
“Citi”nin proqnozlarına əsasən, arabika qəhvəsinin qiyməti üç ay sonra bir funt üçün 3,60 dollar, 12 ay sonra isə 3 dollar olacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026