16:13 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.
ABC.AZ xəbər verir ki, fərmana əsaəsn, gələn il ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (bu illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 13 milyard 16 milyon manat (11 % az) olması proqnozlaşdırılır.
2026-cı il üçün dövlət büdcəsində Fonddan transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026