Xiaomi flaqman smartfonu Xiaomi 17 Ultra-nı təqdim edib

15:19 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Xiaomi şirkəti 17 seriyasını premium dizayna, 6,9 düymlük düz displeyə və peşəkar mobil çəkiliş üçün Leica ilə birgə hazırlanmış 200 MP kameraya malik Ultra modeli ilə genişləndirib.

ABC.AZ xəbər verir ki, smartfon Snapdragon 8 Elite Gen 5 prosessoru ilə təchiz olunub və dörd rəng variantında təqdim edilir.

Korpusun qalınlığı 8,29 mm-dir ki, bu da cihazı Ultra seriyasında ən nazik model edir.

Qiymət konfiqurasiyadan asılı olaraq ¥6999-dan (995 dollar) ¥8499-a (1210 dollar) qədər dəyişir və Xiaomi-nin premium seqmentdə mövqelərini gücləndirir.