17:23 - 25.12.2025
25 dekabr, Fineko/abc.az. Daxili istehsalın artması Filippin hakimiyyətinə şəkər idxalına qoyulan qadağanı 2026-cı ilin dekabrınadək uzatmağa imkan verib.
ABC.AZ xəbər verir ki, bu qadağa bazarın sabitləşdirilməsinə, eləcə də fermerlərin və yerli istehsalçıların qorunmasına yönəlib. Bunu ölkənin kənd təsərrüfatı naziri Fransisko Tiu Laurer bildirib.
Qadağa 2025-ci ilin oktyabr ayının ortalarında bir il müddətinə qüvvəyə minib. Ehtiyatlarla bağlı daxil olan məlumatlar və istehsal proqnozları qadağanın uzadılmasına əsas yaradıb.
Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi və Şəkər Sənayesinin Tənzimlənməsi İdarəsi yerli istehsalçıları qorumaq məqsədilə melassa idxalının tənzimlənməsi üçün normativ bazanın hazırlanması üzərində çalışır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026