11:37 - 30.10.2018
30 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azaldıb.
Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 10%-dən 9,75%-dək azaldılıb.
“Faiz dəhlizinin yuxarı və aşağı hədləri +/- 2% səviyyəsndə müəyyən edilib, yəni yuxarı hədd 11,75%, aşağı isə 7,75% təşkil edir”, - deyə E.Rüstəmov bildirib.
İdarə Heyətinin sədri bildirib ki, uçot dərəcəsinin irəlidə dəyişməsi inflyasiyanın proqnozlara uyğun olub-olmamasından asılı olacaq.
Azərbaycan Mərkəzi Bankı 12 fevral 2018-ci ildə uçot dərəcəsini 15%-dən 13% endirdi. 9 aprel tarixində uçot dərəcəsi ikinci dəfə 13%-dən 11%-dək azaldı. Bankın 14 iyun tarixli qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirildi. Avqustun 1-də bank, dərəcəni 10% səviyyəsində saxlamağa qərar verdi.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026