Naxçıvanda 11 ayda neçə hərrac keçirildiyi açıqlanıb

10:11 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Bu ilin yanvar–noyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlaklarının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin özəl mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 67 hərrac təşkil olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildiriib. Məlumata görə, hərracları nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzi keçirib.

Nəticədə dövlət mülkiyyətində olan 12 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 adda xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 20 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib.

İpoteka predmeti olan 2 fərdi yaşayış evi, 1 mənzil satılıb.

Hesabat dövründə yerin təkindən istifadə ilə bağlı keçirilən 3 hərracda 3 faydalı qazıntı yatağı istismara verilib.