14:18 - 29.10.2018
29 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 29 oktyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 1 246,9 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.