17:33 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Minsk və Bakı arasında ticari-iqtisadi tərəfdaşlıq ardıcıl olaraq güclənməkdə davam edir.
ABC.AZ xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda sənaye kooperasiyası xüsusi əhəmiyyət kəsb edir. Diplomat Gəncə Avtomobil Zavodunda sistemli işin davam etdiyini qeyd edib.
O bildirib ki, burada bu günə qədər təxminən 14 min Belarus traktoru istehsal olunub.
"Paralel olaraq müəssisədə yanğınsöndürmə-xilasetmə və kommunal texnikasının istehsalı həyata keçirilir", - D.Pineviç vurğulayıb. ©Report
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026