Azərbaycanda 2025-ci ilin yanvar–noyabrında kolbasa istehsalı artıb

11:59 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında 29 min 82,2 ton kolbasa məmulatları istehsal olunub.

ABC.AZ xəbər verir ki, ötən ilin eyni dövründə istehsal olunan bu məmulatların miqdarı 27 min 946,2 ton olub.

Beləliklə, illik müqayisədə kolbasa istehsalında 1136 ton və ya 3,91% artım olub.

Həmçinin dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 18,6 ton təşkil edib.