09:49 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.
Saat 09:32-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri $0,14 (0,23%) azalaraq bir barel üçün $62,07-a düşüb. Dekabrın 10-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,27 (0,44%) artaraq bir barel üçün $62,21-a çatıb.
Saat 09:32-ə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri $0,10 (0,17%), bir barel üçün $58,36-a düşüb. Dekabrın 10-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,21 (0,36%) artaraq bir barel üçün $58,46-a yüksəlib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026