“Whisky Live Warsaw” sərgisində Azərbaycanın alkoqollu içkiləri təqdim olundu

15:54 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. Azərbaycan istehsalı olan alkoqollu içkilər Varşavada “Whisky Live Warsaw” sərgisində təqdim olunub.

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi, sərgidə Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ meyvə araqları, brendi və viski təqdim olunub.

2000-ci ildən müxtəlif ölkələrdə keçirilən “Whisky Live” Festivalında dünyanın müxtəlif ölkələrindən olan spirtli içki istehsalçıları öz məhsullarını nümayiş etdirirlər.