15:10 - 5.12.2025
5 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 10,4 min ABŞ dolları dəyərində 7,2 ton şirin kartof və yaxud batat idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 88 % azdır.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 69 % az) 3,5 ton (-69 %), Misirdən 4,4 min ABŞ dolları dəyərində (-44 %) 3,1 ton (-44 %), İspaniyadan 0,8 min ABŞ dolları dəyərində 0,6 ton və Yaponiyadan 0,2 min ABŞ dolları dəyərində 0,02 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə İspaniyadan tədarük həyata keçirilib.
30 İyul 2026
29 İyul 2026