Neft ucuzlaşır, Brent bir barel üçün $63,18 təşkil edir

09:23 - 5.12.2025


5 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün artdıqdan sonra cümə günü hərracda azalır.

Brent markalı neftin fevral fyuçersləri ICE Futures birjasında saat 09:20-ə olan məlumata görə $0,08 (0,13%), bir barel üçün $63,18-a düşüb. Dekabrın 4-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,59 (0,94%) artaraq bir barel üçün $63,26-a çatıb.

Saat 09:20-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,14 (0,23%) azalaraq bir barel üçün $59,53-a düşüb. Dekabrın 4-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,72 (1,22%) artaraq bir barel üçün $59,67-a çatıb.

Bu həftə Brent markalı neft 1,28%,  WTI nefti sə 1,67% bahalaşıb.