Rusiya limanından İzmirə yeni dəniz marşrutu istifadəyə veriləcək

15:26 - 3.12.2025


3 dekabr, Fineko/abc.az. Rusiyanın "Ametist" gəmiçilik şirkəti Novorossiysk - İzmir marşrutu üzrə yeni ictimai dəniz xidmətini işə salacaq.

ABC.AZ xəbər verir ki, şirkətin verdiyi məlumata əsasən, 523 TEU tutumlu ABANOZ konteyner gəmisi ilk reysinə 12 yanvar 2026-cı il tarixində Novorossiysk limanından "Novoroslesexport" terminalından yola düşəcək. Gəminin İzmir limanındakı konteyner terminalına yanvarın 16-da çatacağı gözlənilir.

"Ametist" nəqliyyat-logistika şirkəti 2022-ci ildən fəaliyyət göstərir və yüklərin dəniz, dəmir yolu və multimodal daşınmasını həyata keçirir.