10:16 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. (özəl xəbər) Azərbaycanda daşınmaz əmlakların sığortalanmasına ən çox böyük şəhərlərdə maraq göstərilir.
İcbari Sığorta Bürosundan ABC.AZ-ın sorğusuna cavab olaraq verilən statistik rəqəmlərdə bu aydın görünür.
Büronun statistikasında daşınmaz əmlakın ən çox sığortalanması ilə bağlı siyahıya Bakı başçılıq edir.
Siyahlda ikinci yerdə Abşeron qərarlaşıb, üçüncü pillədə Gəncə, dördüncü yerdə isə Sumqayıtdır. Sıralamada Lənkəran beşinci yerdə qərarlaşıb. Sözügedən statistikada Bakıda 9 ayda 62290 müqavilə imzalanıbsa, Abşeronda 13423, Gəncədə 8019, Sumqayıtda 4611, Lənkəranda 2596, digər bölgə və şəhərlərdə isə 55849, ümumilikdə isə 146788 müqavilə imzalanıb.
Müəllif: Elmir Muradov
27 İyul 2026
27 İyul 2026