AYNA parklanmadan yığılan vəsaitləri nə edir? - Özəl xəbər

15:38 - 2.12.2025


2 dekabr, Fineko/abc.az. (Özəl xəbər) Mütmadi olaraq insanlar parklanmadan yığılan pullarla bağlı bəzi iddialar irəli sürürlər. Onlar bu pulların hara və ya necə xərcləndiyinin bilinmədiyini iddia edirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu pullarla bağlı hesabat və ya açıqlama vermədiyi üçün insanların da beynində müəyyən suallar yaranır.

Məsələ ilə bağlı ABC.AZ-a açıqlama verən ekspert Eldəniz Cəfərov iddiaları əsassız hesab edir və bildiriir ki, "Azparking" təşkil olunanda orada toplanan vəsaitlərin necə xərclənəcəyi barədə açıqlamalar olmuşdu:

"AYNA-nın parklanmadan yığılan pullarla bağlı qeyd olunub ki, sözügedən vəsait, əsasən, parkların idarə olunmasına, saxlanmasına xərclənəcək. Daha sonra parklanma ilə əlaqəli olan yol infrastrukturu, "Azparking"in tətbiqi, yolun texniki təminatı, sistemin işləməsi, proqram təminatına ayrılır. Bununla yanaşı, balansda olan qaraj və duracaqların idarə olunmasına, saxlanmasına, park sahələrinin qurulmasına xərclənir. O cümlədən, əmək haqlarının verilməsi və digər məsələlər var ki, onların da həyata keçirilməsinə pul məhz parklanmadan yığılan vəsaitlər hesabına həyata keçirilir".

Müəllif: Elmir Muradov