Azərbaycandan 10 ayda Danimarkaya bu qədər xam neft ixrac olunub

15:49 - 1.12.2025


1 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Danimarkaya 49,7 milyon dollar dəyərində 88,2 min ton bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən il Azərbaycandan Danimarkaya neft ixrac olunmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə təxminən 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə, bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.