Fiziki şəxslərin əmanətlərinin 68.2%-i milli valyutadadır

11:42 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 73.3%-i və ya 36,062.9 mln. manat.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı hesabat xarakterli məlumatda qeyd edilir.

Sözügedən hesabatda depozit portfelinin 57%-i (20,513.9 mln. manat) hüquqi şəxslərin, 43%-i (15,549 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olduğu vurğulanıb.

Fiziki şəxslərin əmanətlərinin 68.2%-i (10,610.2 mln. manat) milli valyutada, 31.8%-i (4,938.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9,883.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 mln. manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 mln. manat artıb.