Azərbaycan nefti bahalaşıb

10:09 - 27.11.2025


27 noyabr, Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,74% artaraq 65,28 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.