17:31 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 9,1 milyon ABŞ dolları dəyərində 5 702 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 22 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % az) 4 049 ton (-20 %), Tunisdən 2,1 milyon ABŞ dolları dəyərində (-18 %) 1 103 ton (-20 %), İsraildən 908 min ABŞ dolları dəyərində (+62 %) 124 ton (+62 %), Fələstindən 727 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 98 ton (+5 dəfə), Əlcəzairdən 349 min ABŞ dolları dəyərində (-71 %) 188 ton (-72 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük (0,3 min ABŞ dolları dəyərində 0,04 ton) həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026