10:30 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. (Özəl Xəbər) Hacıqabulda fəaliyyət göstərən avtomobil zavodunda bu ilin sonundan etibarən ildə 30 min avtomobilin istehsal edilməsi gözlənilir.
Bunu ABC.AZ-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfər bildirib.
O qeyd edib ki, burada Özbəkistanın avtomobil istehsalçısı şirkəti ilə birgə minik avtomobili və sərnişin avtobusu istehsal olunur.
Ekspertin sözlərinə görə, hazırda istehsal həcmi nəzərdə tutulan sayda deyil və ilin sonuna kimi, bu və bir neçə məsələ həllini tapmalıdır:
"Söhbət sayın artırılmasından və bütün detalların zavodda istehsalından gedir. Yığım özü də istehsal prosesidir. Avtomobil istehsalında ehtiyat hissələri həm öz istehsalları olur, həm də başqa istehsalçıdan alınaraq zavodda yığılır. Zavodda avtomobillərin ehtiyat hissələri də istehsal olunacaq. Heç bir avtomobil istehsalı yalnız öz ehtiyat hissələri ilə yığılmır, müəyyən hissələr başqa zavod, başqa şirkət tərəfindən təmin olunur. İstehsal sayı artdıqca maşınlar təbii ki, xaricə də ixrac olunacaq".
Müəllif: Elmir Muradov
29 İyul 2026
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026