17:31 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. “Rosmorport” (dəniz limanlarını və onların infrastrukturunu idarə edən Rusiya dövlət şirkəti) Türkiyə gəmiqayırma zavodu “Kuzey Star” ilə 23620 layihəsi üzrə iki buzqıranın tikintisi barədə müqaviləni ləğv edib. Bunun səbəblərindən biri də buzqıranların yenidən layihələndirilməsindən sonra qiymətin 18,5 milyarddan 32 milyard rubla qədər artması olub.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri Sergey Pılin jurnalistlərə bildirib.
Onun sözlərinə görə, türk podratçısına ödənilən avans Onega gəmiqayırma və gəmi təmiri zavodu tərəfindən büdcəyə qaytarılıb.
Müqavilə 2021-ci ilin iyul ayında bağlanmışdı, 12-14 MVt gücündə iki Icebreaker7 sinifli buzqıranların inşasını nəzərdə tuturdu, ilk olaraq buzqıranların 2024-cü ildə sifarişçiyə təhvil verilməsi planlaşdırıldı , sonra müddət iki il uzadıldı.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026