15:45 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 181 milyon ABŞ dolları dəyərində 6 771 ədəd avtomobil ixrac edib.
ABC.AZ xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq - 40 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 287 milyon ABŞ dolları dəyərində 92 713 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.
Bu ilin ilk 10 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 166 milyon ABŞ dolları dəyərində 35 225 ədəd, Qazaxıstana 639,23 milyon ABŞ dolları dəyərində 37 093 ədəd, Tacikistana 118 milyon ABŞ dolları dəyərində 5 578 ədəd, Özbəkistana 60,5 milyon ABŞ dolları dəyərində 2 081 ədəd avtomobil tədarük edilib.