14:17 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 171,5 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.
ABC.AZ xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Təkcə oktyabrda isə Gürcüstan Azərbaycandan 18,44 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 14% azdır.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstan xarici ölkələrdən 320,52 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 5,6% çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 148,58 milyon ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 75,8 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.